“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü açıq elan edib

 

Yay mövsümündə bir çoxları dincəlmək, vaxtını səmərəli keçirmək üçün ölkəmizin müxtəlif bölgələrinə, buradakı istirahət və əyləncə komplekslərinə üz tuturlar. Əyləncə-istirahət kompleksləri arasında seçilən "Şahdağ" Turizm Mərkəzi bunu nəzərə alaraq yay əyləncələri mövsümünü açıq elan edərək istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq istəyənləri gözləyir.

Yay mövsümündə "Şahdağ" Turizm Mərkəzi bütün yaşlara uyğun, böyüklər və uşaqlar üçün müxtəlif növ idman oyunlarını təklif edir. Mərkəzdə turistlərin vaxtını səmərəli keçirə bilməsi üçün müxtəlif əyləncə və idman oyunları təqdim edilir: macəra parkı, kvadrosikllər, dağ velosipedi, səmti müəyyən etmə oyunu, peyntbol, trotinet, trekkinq, atla gəzinti və s. Mərkəzdə həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələr üçün də əlverişli şərait yaradılıb.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 11.