Oğuz rayonunda istedadların baxış-müsabiqəsi

 

İyunun 11-də Oğuz rayon Mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rayon baxış-müsabiqəsinin yekun konserti keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən ənənəvi olaraq təşkil olunan müsabiqədə istedadlı gənclər rəqs, bədii qiraət və musiqi alətlərində ifaları ilə çıxış edir və onların məharəti münsiflər tərəfindən qiymətləndirilir.

Builki müsabiqədə rayonun Kərimli, Qumlaq və Bayan kənd klub müəssisələrinin iştirakçıları müvafiq olaraq 1, 2 və 3-cü yerlərə layiq görülüblər. Sonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova qaliblərə fəxri fərman və hədiyyələr təqdim edib.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 11.