Generalın ömür yolu

 

Tərtər rayon MKS və kənd kitabxana filiallarında hərbi xadim, general-mayor Cəmşid Naxçıvanskinin 120 illiyinə həsr edilmiş tədbirlər təşkil olunub. Müharibə veteranları, hərbçilər, ziyalılar və gənclərin iştirak etdiyi tədbirlərdə C.Naxçıvanskinin həyat və döyüş yollarından bəhs edən mühazirələr oxunub, sərgilər təşkil edilib. Müharibə veteranları döyüş xatirələrini bölüşüb, Vətəni qorumağı, sevməyi gənclərə tövsiyə ediblər.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 11.