Niyazinin mənzil-muzeyində Milli Qurtuluş Günü qeyd olunub

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 15 İyun - Milli Qurtuluş Günü qeyd edilib.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bu günün tarixi əhəmiyyətindən danışıb. Sonra mənzil-muzeyin şöbə müdiri Xanım Abdinova “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda məruzə edib.

Tədbir bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev-ömür yolu” simfonik poemasının film versiyasının və ümummilli liderin çox sevdiyi Azərbaycan xalq mahnılarından ibarət videoçarxın nümayişi ilə başa çatıb.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 6.