“Sevimli mahnılar”

 

İyunun 11-də Heydər Əliyev Sarayında “Sevimli mahnılar” adlı musiqili-əyləncəli konsert proqramı keçirilib. Sarayın təşəbbüsü ilə keçirilən konsertdə gənc və istedadlı sənətçilər - Əməkdar artist Səlim Abbasov (skripka), Yaşar Cəlilov, Mirkamil Kamilov, Sevil və Sevinc Səfərovalar, Rəvan Qarayev, İlham Kərimli (rəqs) və başqaları iştirak edib.

Avropa Oyunlarına həsr olunan konsertdə paytaxt sakinləri və şəhərimizin qonaqları rəngarəng musiqili proqrama tamaşa ediblər. Ənənəvi olaraq Heydər Əliyev Sarayının rəhbərliyinin dəvəti ilə bir sıra şəhid ailələri və müharibə veteranları təşkilatlarının kollektivləri musiqili-əyləncəli konserti izləyiblər.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 6.