Məşəl kimi yanan ürək”

 

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Məşəl kimi yanan ürək” adlı ədəbi-bədii tədbir keçirilib. İştirakçılar əvvəlcə Yasamal rayon MKS-nin təşkil etdiyi geniş kitab sərgisi ilə tanış olublar.

Tədbirdə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblı, “Könül sevincləri” rəqs ansamblı, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin “Şəms” rəqs kollektivi, Ə.Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin xalq çalğı alətləri və “Nağaraçalanlar” ansamblları çıxış edib.

İ.Əbilov və A.M.Şərifzadə adına mədəniyyət mərkəzləri “Poeziya” teatrlarının üzvlərinin ifasında Xalq şairi Zəlimxan Yaqubun ulu öndərə həsr olunmuş “Sən qalib gələcəksən”, “Qalibiyyət qatarı”, Xəlil Rzanın “Dədə Heydər Atatürk”, Tahir Rzayevin “Heydər adlı günəş sönməz”, Fikrət Qocanın “Bu günləri görəydin” şeirləri səslənib. Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın sədaları ilə başa çatıb.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 6.