Sumqayıt teatrında premyera

 

Sumqayıt Dövlət Dram Teatrında "Burdan min atlı keçdi" adlı tamaşanın premyerası keçirilib. Şair-dramaturq Hidayətin əsəri əsasında hazırlanan tamaşanın quruluş müəllifi teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Qərbi Azərbaycanda baş verən mənfur erməni siyasəti və azərbaycanlıların haqq mübarizəsindən bəhs edən tarixi-xronoloji tamaşada əsas rolları Xalq artisti Məzahir Süleymanov, əməkdar artistlər Namis Şirməmmədov, Rauf Ağakişiyev, İzaməddin Bağırov, Vidadi Məmmədov, Yalçın Səlimov, Akif Mirzəyev, İlham Səfərli və bu tamaşa üçün məxsusi dəvət edilən aktyor Nazir Rüstəmov ifa edib.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 5.