Fransa saytında Avropa Oyunları haqqında reportaj

 

Fransanın “liberation.fr” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı reportaj yerləşdirilib. Yazıda Oyunların açılış mərasiminin möhtəşəm təşkil edildiyi və yaddaşlara həkk olunduğu bildirilir. Qeyd olunur ki, birinci Avropa Oyunları idman sahəsində ilin ən çox gözlənilən hadisələrindən biridir. Azərbaycan hökuməti birinci Avropa Oyunlarını çox qısa müddətdə hazırlayıb və uğurla keçirir. Reportajda Bakının möhtəşəm idman qurğularından görüntülər yer alıb. Süjetdə, həmçinin Oyunların açılış mərasimində məşhur müğənni Ledi Qaqanın bəstəkar Elton Conun “İmagine” mahnısını ifa etdiyi vurğulanır.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 7.