Qax şəhərində bayram konserti

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Şöbəsinin özfəaliyyət kollektivlərinin iştirakı ilə Qax şəhərinin Nizami parkında konsert proqramı təşkil edilib. Axşam saatlarında təşkil edilmiş konsertdə S.Vurğun adına rayon Mədəniyyət mərkəzinin "Çeşmə" instrumental ansamblı üzvlərinin, uşaq incəsənət məktəbinin vokal şöbəsinin şagirdlərinin ifasında mahnılar səslənib. Uşaq incəsənət məktəbinin "Tumurcuq" və Qax-İngiloy kənd mədəniyyət evinin "İmedi" rəqs qruplarının ifasında rəqslər proqrama rəng qatıb.

Konserti rayon İcra Hakimiyyətinin başçısı M.Şəkiliyev, şəhər əhalisi, müxtəlif idarə və təşkilatlarda çalışan işçilər, rayona istirahətə gəlmiş qonaqlar izləyiblər. Sonda atəşfəşanlıq olub.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 5.