Avropa Oyunlarının Bakıda keçirilməsi türk dünyasının qürurudur

 

Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin (TÖBJD) rəhbəri Güngör Yavuzaslan Bakı-2015 Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin bütün türk dünyasının uğuru olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyənin də 190 idmançı ilə təmsil olunduğu bu böyük idman hadisəsinin Bakıda gerçəkləşməsi tarixi hadisədir: Açılış mərasiminə Azərbaycan-Türkiyə qardaşlığı öz möhürünü vurdu. Türkiyəli idmançılar azərbaycanlı qardaşlarımız tərəfindən hərarətlə alqışlandılar. Bu mərasimi dünyanın bir çox ölkələrində milyonlarla teletamaşaçının izləməsi bizim üçün qürurvericidir.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 4.