Avstraliya jurnalında Azərbaycan haqqında məqalə

 

Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə Avstraliyanın turizm sahəsində aparıcı nəşrlərindən "Signature Travel & Style" jurnalında ölkəmizin turizm imkanları haqqında məqalə dərc olunub.

Məqalədə öncə Bakıdakı Heydər Əliyev Mərkəzindən bəhs olunurbu müasir tikili Sidneydə yerləşən Opera Evi ilə müqayisə edilir. Müasir tikililərdən Dubay üslubunda inşa edilən Alov qüllələri (Flame Towers) ilə yanaşı, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kimi qədim memarlıq nümunələri haqda da məlumat verilir, paytaxt Bakı "Şərqin Parisi" adlandırılır.

Müəllif avstraliyalı turistlərə Milli Xalça Muzeyi, Miniatür Kitab Muzeyi kimi məkanları ziyarət etmək, Xəzər dənizi sahilində istirahət etməyi, Azərbaycan mətbəxinin ləziz təamları olan , düşbərə, dolma kimi yeməkləri dadmağı tövsiyə edir.

Məqalədə ölkəmizdə keçirilən I Avropa Oyunlarından da bəhs edilir. Sonda müəllif Bakıda olduğu üç gündə tarixi gözəlliklər, möhtəşəm memarlıq, ləziz yeməklərlə və müasir insanlarla dolu olan bir şəhər kəşf etdiyini bildirir.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 8.