Milli mətbəx paytaxtında festival

 

"Bəsləsən atlas olar tut yarpağından"

 

Mədəniyyət Turizm Nazirliyinin Xalq yaradıcılığı paytaxtları layihəsinə əsasən 2015-ci ildə Azərbaycanın Milli mətbəx paytaxtı elan edilən Qax rayonunda bu münasibətlə müxtəlif tədbirlər keçirilir.

 

İyunun 22-də rayon Mədəniyyət Turizm Şöbəsinin təşkilatçılığı ilə Qum kəndində gerçəkləşən "Bəsləsən atlas olar tut yarpağından" adlı ümumrayon festivalında tutdan hazırlanan mətbəx nümunələri nümayiş olunub.

Festival tut ağacının budaqlarının sirkələnərək meyvənin yığılması mərasimi ilə başlayıb. Sonra iştirakçılar tutdan mətbəx nümunələrinin bişirilmə qaydaları ilə əyani tanış olublar. Tədbirdə rayonun müxtəlif kəndlərinin tutdan hazırlanan özünəməxsus mətbəx nümunələri nümayiş olunub.

Festivalda iştirakçıların hazırladıqları nemətlərin çeşidinə, dadına görə müsabiqə təşkil edilib. Fərqlənənlər Mədəniyyət Turizm Şöbəsinin diplom xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Rayon Mədəniyyət mərkəzinin "Çeşmə" instrumental ansamblının, Qum kənd Mədəniyyət evinin rəqs kollektivinin çıxışları tədbirə xoş ovqat bəxş edib.

Festivalda rayonun sənətkarlarından Hekayət Xəlilovanın, Tural Manafovun əl işlərindən ibarət satış-sərgi qədim məişət əşyalarının sərgisi təşkil edilib.

Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, idarə və təşkilatların nümayəndələri, qonşu rayonların mədəniyyət və turizm şöbələrinin nümayəndələri də iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 8.