Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edən film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında Nobel qardaşları kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir. Postskriptum adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov digərləri rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 4.