Bakı-2015 şokolad tablosu Ginnesin rekordlar kitabına düşə bilər

 

Muzey Mərkəzində məşhur şokolad ustası Nikolay Popovun müəllif sərgisində yer alan birinci Avropa Oyunlarına həsr edilən şokolad tablosu Ginnesin rekordlar kitabına düşə bilər. Bakı-2015 şokolad tablosunun çəkisi 215 kiloqramdır.

Avropa Oyunları ərəfəsində açılan Nikolya Şokolad Muzeyi sərgisini indiyədək 15 min insan ziyarət edib. Bu barədə məlumat verən sərginin təşkilatçısı Andrey Leynin sözlərinə görə, təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqda Ginnesin rekordlar kitabına müraciət ediblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm NazirliyininMuzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən şokolad sərgisi iyunun 28-dək davam edəcək. Dünya turu çərçivəsində 40-dan artıq şəhərdə maraqla qarşılanan Nikolya Şokolad Muzeyinin Bakı sərgisində 250-dən artıq yüksək keyfiyyətli şokolad məmulatı, şokoladmarsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar təqdim edilir.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 3.