Müharibənin sonrakı nəsillərə təsiri

 

Almaniyanın paytaxtı Berlindəki Türk Evində üç hərbi müxbirin Müharibənin sonrakı nəsillərə təsiri mövzusunda fotosərgisi açılıb. Sərginin məqsədi Qarabağ hadisələri ilə bağlı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzkarın Xocalıda insanlığa qarşı törətdiyi cinayətlər barədə həqiqəti dünyaya, ilk növbədə Almaniya ictimaiyyətinə çatdırmaqdır.

Sərgi Milli Məclisin deputatı, Beynəlxalq Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayevin təşəbbüsü ilə təşkil edilib. Açılış mərasimində Avropa Azərbaycanlılar Konqresinin sədri Bahəddin Qaya, Azərbaycanın və Türkiyənin Almaniyadakı səfirliklərinin nümayəndələri, tarixçilər, media təmsilçiləri, habelə Türkiyə, Suriya, Ukrayna, Makedoniya, Rumıniya və başqa ölkələrdən qonaqlar iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 2.