Teatrların mükafatları

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzi “Simamövsümi teatr mükafatı təsis edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mükafat yaradıcı heyətdə istedad və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların təltif olunması məqsədilə təsis olunub. Doqquz nominasiyada mükafatın təqdimatı iyulun ortalarında, 87-ci teatr mövsümünün yekununa həsr olunmuş toplantıda reallaşacaq.

Azərbaycan Dövlət Musiqili Teatrında da 105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq 4 iyulda mükafatlandırma mərasimi olacaq. Mükafat teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin təklifi əsasında təsis edilib. “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün ən yaxşı səhnə tərtibatı” və s. nominasiyalar üzrə qaliblərə mükafatlar veriləcək.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 6.