Birbaşa ünsiyyət problemlərin operativ həllinə imkan yaradır

 

Mədəniyyət turizm nazirinin vətəndaşlarla növbəti görüşü Neftçala şəhərində keçirildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. İyunun 24-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul Salyan rayonlarından vətəndaşları qəbul etdi.

 

Görüşdən öncə nazir Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad etdi.

* * *

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq ləvazimatlarla təminatı, musiqi incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı idi. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər müraciətlər arasında yer almışdı.

Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin filialının yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya zalının təşkilinə köməklik göstərilməsi, arxeoloji abidələrin mühafizə zonalarının sərhədlərinin dəqiqləşdirilməsi barədə müraciətlər oldu. Salyan rayonunun "Mahirlər" ansamblı "Cəngi" kollektivinin xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakına şərait yaradılması, Biləsuvar rayon Mədəniyyət mərkəzinin əyani vəsaitlərlə təmin edilməsi, Hacıqabul rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən həvəskar kukla teatrına inventarların verilməsi barədə xahişlər edildi. Bəzi müraciətlər işlə təminat digər sosial məsələlərlə bağlı idi.

Vətəndaşlar tərəfindən ayrı-ayrı mövzularda bir sıra təkliflər səsləndirildi.

Salyan sakini Ramin Əliyev rayon ərazisində aparılan qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəninə turist səfərlərinin edilməsi barədə təkliflə çıxış etdi. Nazir təklifi müsbət qarşılayaraq müvafiq köməklik göstəriləcəyini bildirdi.

Hacıqabul sakini Mayaxanım Mehtiyevanın rayon Mərkəzi kitabxanasının filiallarının gözdən əlil insanlar üçün xüsusi nəşrlərlə təmin edilməsi barədə müraciəti müsbət qarşılandı. Əbülfəs Qarayev bu məsələnin vacibliyini qeyd edərək zəruri köməyin ediləcəyini dedi.

Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildi, problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.

* * *

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə regionlarda mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğuladı: Bu görüşlərdə mədəniyyət müəssisələrinin işinin günün müasir tələblərinə uyğun şəkildə qurulması, musiqi incəsənət məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin qorunması turizmin inkişafına köməklik göstərilməsi kimi məsələlər qaldırılır. Hesab edirəm ki, bu görüşlər bölgələrdə mövcud vəziyyəti, problemləri öyrənmək zəruri tədbirlər görmək baxımından önəm kəsb edir.

Qeyd edildi ki, sakinlərlə birbaşa ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır. Nazir vətəndaşların təşəbbüskarlığını, problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdirlə qarşıladığını bildirdi.

Ölkəmizdə keçirilən I Avropa Oyunlarına toxunan Əbülfəs Qarayev bildirdi ki, bu günlərdə dünyanın diqqət mərkəzində olan Azərbaycan öz qonaqpərvərliyini, zəngin mədəniyyətini adət-ənənəsini layiqincə nümayiş etdirir. Bu günlər ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur xarici qonaqların bölgələrimizin turizm imkanlarından yararlanması yerlərdə bu sahənin inkişafına əlavə zəmin yaradır.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 3.