Dünya mətbuatı Bakıdan yazır

 

“Azərbaycan artıq Olimpiya Oyunlarını qəbul etməyə ümid bəsləyir”

 

Dünyanın mətbu orqanları “Bakı-2015” birinci Avropa Oyunlarını işıqlandırmaqda davam edir. Xarici media səhifələrində birinci Avropa Oyunlarının gedişi ilə bağlı gündəlik olaraq informasiyalar, reportajlar, məqalələr və fotosessiyalar yerləşdirilir.

Böyük Britaniyanın “Ibtimes” portalı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı geniş reportaj yayıb. Videoreportajda Avropa Oyunlarının əhəmiyyəti, atletlər üçün yaradılan şərait və qazanılan uğurlardan bəhs edilir, britaniyalı idmançıların müsahibələrinə yer verilir.

İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinin (“Yeni Sürix qəzeti”) internet versiyasında Valentin OtterlininAvropa Oyunlarından Olimpiya Oyunlarına doğru” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə deyilir ki, ilk Avropa Oyunlarına ev sahibliyi etmək gənc müstəqil dövlətin arzusu olubindi burada yeni arzu ilə yaşayır, Olimpiya Oyunlarını qəbul etməyə ümid bəsləyirlər.

Fransanın “Challenges” portalı “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışları haqqında məqalə yayıb. “Avropa Oyunları: təkbətək mübarizə sənəti” adlı məqalədə müəllif sambonun indiyədək Olimpiya idman növləri sırasında olmadığını qeyd edir. Əlavə edir ki, Bakıda ilk dəfə olaraq bu idman növü Olimpiya statusu qazanıb.

İtaliyanın “La Provincia di Cremona” xəbər saytında “Bakı-2015” çərçivəsində keçirilən üzgüçülük yarışlarından bəhs olunur. Bildirilir ki, Avropa qitəsinin çoxnövlü idman yarışı olan Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Bu yarışların dörd ildən bir təşkili nəzərdə tutulub. Oyunlar çərçivəsində möhtəşəm Bakı Su İdmanı Sarayında üzgüçülük idman növü üzrə yarışlar da həyəcanla izlənilir.

Fransa mətbuatında da “Bakı-2015” birinci Avropa Oyunları geniş işıqlandırılır. “Equipe21” və “BFM” televiziyaları hər gün Bakıdan bir neçə saat canlı yayım həyata keçirir. Bundan əlavə, xəbər və idman proqramlarında yarışlar geniş təhlil olunur.

Pakistan in the World” qəzetində ilk Avropa Oyunları haqqında dərc olunan məqalədə müəllif Azərbaycanın belə möhtəşəm tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsində böyük təcrübəsinin olduğunu vurğulayır.

Beynəlxalq BodibildinqFitnes Federasiyasının rəsmi saytında birinci Avropa Oyunları çərçivəsində keçirilən bodibildinq yarışları barədə məqalə yerləşdirilib. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyi bildirilən məqalədə Azərbaycan “cənnətin bir guşəsi” adlandırılıb. Ölkədəki qonaqpərvərliyi xüsusi qeyd edən müəllif bodibildinq yarışlarının gedişindən yazaraq maraqlı fotosessiyaya da yer verib.

Reutersinformasiya agentliyinin məqaləsində 3x3 basketbolun müsbət imicindən bəhs olunuronun Avropa Oyunlarına daxil edilməsi yüksək qiymətləndirilir.

 

Mədəniyyət.- 2015.-26 iyun.- S. 2.