Uğura aparan “Yol”

 

Gənc rejissorun filmi İranda beynəlxalq festivalın qalibi olub

 

Beynəlxalq festivallarda mükafata layiq görülən kinematoqrafiya nümunələrimiz sırasına biri əlavə olunub. Bu dəfə Azərbaycanın ağrılı dərdindən, Qarabağdan bəhs edən film uğur qazanmaqla xalqımızın müharibə işğal yaşantılarını əcnəbi sənət dünyasına çatdırmış oldu.

 

Gənc rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranın paytaxtı Tehranda keçirilən IX “Ruyesh” beynəlxalq qısametrajlı film festivalının mükafatına layiq görülüb. Ölkənin ən böyük “Sinema Azadi” kino mərkəzində gerçəkləşən festivalda ölkəmizlə yanaşı, Almaniya, Fransa, Belarus, Koreya, Yaponiya kimi ölkələrin filmləri iştirak edib. İki beynəlxalq bir yerli olmaqla üç proqramdan ibarət festivalda dünya islam ölkələri kino nümunələri nümayiş olunub. Fehruz Şamıyevin “Yol” filmi festivalın “Müsəlman ölkələri” proqramında qalib olub. Rejissorun bildirdiyinə görə, “Müsəlman ölkələri” “Beynəlxalq” proqramında 10, “Yerli” proqramda isə 20 film yarışıb: “Beynəlxalq” proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. “Yol” filmi fevralın 26-da, Xocalı soyqırımının 23-cü ildönümündə nümayiş olundu. Filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb işğal altındakı doğma kəndə getməsi hər bir azərbaycanlı dünya üçün çox mühüm mesajdır. Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimizin adına qəbul etdim”.

Festivala müxtəlif ölkələrdən kino xadimləri, eləcə tamaşaçılar tərəfindən böyük maraq olduğunu deyən F.Şamıyev tədbirin yeni kino əlaqələrinin qurulması baxımından önəmini vurğuladı: “Moskva Tokio film festivallarının qalibi, Kann festivalının xüsusi mükafatının sahibi Rza Mirkərimi, sonuncu “Kazan” festivalında mükafat alan Salam Salavati, eləcə digər ölkələrin kino xadimləri ilə görüşümüz birgə layihələr barədə müzakirələrimiz oldu. Soydaşımız Rza Mirkərimi məhz Azərbaycan filminin mükafat almasına sevindiyini vurğuladı”.

Qeyd edək ki, yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilən “Yol” filmi Mədəniyyət Turizm Nazirliyinin “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir. “Cinema” Mərkəzi “Öz film”in istehsalı olan filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 8.