Gənc bəstəkarın növbəti uğuru

 

G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə X sinif şagirdi Arzu Abbasova ABŞ-ın Nyu-York şəhərində keçirilən gənc xanım bəstəkarların müsabiqəsinin mükafatına layiq görülüb. Bəstəkar Pikə Axundovanın yetirməsi olan Arzu Abbasova müsabiqəyə skripka ilə fortepiano üçün “Dalğaların rəqsi” (“Dance of the waves”) əsərini təqdim etmişdi.

Arzuya ünvanlanmış məktubda münsiflər heyətinin sədri bəstəkar Katlin Balantin yazır: “Məmnuniyyətlə yazıb sizə bildirirəm ki, “Dalğaların rəqsi” musiqi əsəriniz Gənc Qadın Bəstəkarlar Müsabiqəsinin 2015-ci il üzrə qalibi seçilmişdir. Əsər 28 mart tarixində keçiriləcək konsertimizdə səslənəcək və lentə alınacaq. Bütün münsiflər heyəti sizin əsərinizə heyran oldu.

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 4.