Mehmanxana işçiləri üçün təlimlər

 

Martın 3-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Mingəçevirdə mehmanxana əməkdaşları üçün təlim-tədris kursları başlayıb.

 

Bu münasibətlə Mingəçevirdəki Gənclər evində keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirlikləri birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq ildə bir neçə dəfə bu tipli kurslar təşkil edir. Ölkənin müxtəlif regionlarında reallaşdırılan treninqlər regionlarda fəaliyyət göstərən mehmanxanaona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsini yüksəltmək və turizmin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir.

Budəfəki kurslar eyni zamanda ölkəmizdə iyun ayında keçiriləcək I Avropa Oyunları ilə əlaqədardır. Kurslara Mingəçevir, Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərin 100 nəfər əməkdaşı cəlb edilib. Martın 10-dək davam edəcək təlim-tədris kurslarında 4 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.

Kursların sonunda dinləyicilərə iştirakla bağlı sertifikatlar təqdim ediləcək.

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 2.