Mehmanxanalara dərəcə sertifikatı verilib

 

Mədəniyyət və Turizm Nazirliyi mehmanxanamehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu müəyyən etmək məqsədilə bu müəssisələrin təsnifatını aparır. Nazirlik tərəfindən fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

Bakı şəhəri: "Panorama Villa Lux" mehmanxanası (4 ulduz), "Azəryol" (4 ulduz), "Passage Hotel" (3 ulduz). Qusar rayonu: "Shahdag Hotel&SPA" (5 ulduz), "Pik Palace" (5 ulduz), “Park Chalet" (5 ulduz), "Zirvə Hotel" istirahət mərkəzi (4 ulduz). Respublika ərazisində təsnifatdan keçmiş mehmanxanamehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 2.