Mingəçevirdə kitab sərgisi

 

Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhərdəki orta məktəblər ilə sıx əməkdaşlıq edərək tez-tez səyyar kitab sərgiləri, kütləvi tədbirlər təşkil edir.

Bu tədbirilərin əsas məqsədi məktəblilərin ədəbiyyata marağını artırmaq, onları mütaliəyə cəlb etmək, mütaliə aləmini zənginləşdirməkdir. Uşaq əgər kiçik yaşlarından mütaliəyə başlayırsa, onun dünyagörüşü formalaşır, intellektual səviyyəsi yüksələrək kamilləşir, savadlanır, ucalır. Belə sərgilərdən biri də bugünlərdə Mingəçevir şəhər R.Muradov adına texniki-humanitar liseydə təşkil olunmuşdu. Sərgidə 200-dən çox kitabmultimedia nümunələri nümayiş edildi. Nəşr nümunələri müxtəlif mövzuları əhatə edirdi.

Sərgidə nümayiş olunan ədəbiyyatlar uşaqların böyük marağına səbəb oldu. Uşaqların maraqlandığı kitablar haqqında onlara qısa məlumat verildi.

 

Ləman Cəlilova,

M.P.Vaqif adına Mingəçevir şəhər Mərkəzi kitabxanasının şöbə müdiri

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 11.