Beynəlxalq muğam festivalı ərəfəsində növbəti konsert

 

Mədəniyyət və İncəsənət Universitetində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər davam edir. “Çahargah” dəsgahına həsr olunmuş növbəti konsert əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və tələbələrin iştirakı ilə gerçəkləşib. İfadan əvvəl Teyyub Aslanov dəsgahın tarixi, şöbələri haqqında ətraflı məlumat verib. Universitetin müəllim və tələbələrinin, muğam biliciləri və muğamsevərlərin iştirak etdiyi tədbirdə seçilmiş qəzəllər və Hacıbaba Hüseynovun təsnifləri vəhdət təşkil edərək, dinləyicilərə zövq verib.

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 5.