Dahi Bülbül haqqında kitab musiqi məktəbinə təqdim olunub

 

Azərbaycan vokal sənətinin banisi dahi Bülbülün həyat yoldaşı Adilə xanım Məmmədovanın “Bizim Bülbül - dünyanın Bülbülü” kitabı müəllifin avtoqrafı ilə paytaxtın Pirallahı rayonundakı 14 saylı uşaq musiqi məktəbinə hədiyyə edilib. Kitab Bülbül ailəsinin yaxın dostu Rövşən Ağayev tərəfindən məktəbin direktoru Neymət Mürsəlova təqdim olunub.

Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, məktəbin müəllim və şagird kollektivinin üzvləri iştirak ediblər. Direktor N.Mürsəlov Bülbülün həyat və yaradıcılığı haqqında danışdıqdan sonra məktəbin fəaliyyəti ilə bağlı məlumat verib.

Məktəbin yetirməsi, Bakı Musiqi Akademiyasının məzunu, fortepiano müəllimi Zarina Qəhrəmanovanın müşayiəti ilə məktəbin xor kollektivinin üzvləri LeylaArzu Abbasova bacılarının ifasında Polad Bülbüloğlunun “Azərbaycan” mahnısı ifa olunub.

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 5.