“Səməd Behrəngi” ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Yazıçılar BirliyiDiasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan www.litdiaspora.az-gn təsis etdiyi “Səməd Behrəngi” adına ədəbi müsabiqə iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.

AYB-nin şöbə müdiri Sayman Aruz müsabiqə haqqında məlumat verib. Qeyd olunub ki, İranda dünyaya göz açan Səməd Behrəngi bütöv Azərbaycanın və türk dünyasının tanınmış nasiripublisistidir. Zəngin ədəbi irsi olan yazıçının əsərləri italyan, fransız, ingilis dillərinə tərcümə olunub.

Çıxış edənlər vahid mədəniyyət və düşüncənin əsrlər boyu dəyişmədiyini, ədəbiyyatın həmişə sərhədləri aşdığını vurğulayıblar.

Sonra qaliblərə mükafatlar təqdim edilib. Səid Muğanlı, Ünal Kar, Elşad Barat, Reyhan Şıxlı, Sabir Nəbioğlu (ölümündən sonra), Esmira Fuad, Mərdan Əzimov, Səxavət Sahil, Mehman Qaraxanlı, Pərvanə MəmmədliSəməd Behrəngiədəbi müsabiqəsinin qalibləri seçiliblər.

Sonda Xalq şairi Söhrab Tahir mükafat alanları təbrik edib, belə tədbirlərin mütəmadi olmasını arzulayıb.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 15.