Gözəlliyin bayramı

 

Martın 5-də Bərdə şəhər 2 saylı kitabxana filialında “Qadın gözəllikdir” adlı ədəbi-bədii kompozisiya təşkil edilib. Tədbirdə şəhər 7 və 4 saylı tam orta məktəblərin müəllim və şagirdləri, fəal oxucular iştirak ediblər.

Kitabxananın müdiri X.Məmmədova fədakar, ağıllı, tədbirli, təmkinli, öz ailəsini qoruyan Azərbaycan qadınlarının zərifliyindən, qəhrəmanlığından danışıb. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri A.Zülfüqarova bədii ədəbiyyatda qəhrəman ana obrazlarından söz açıb.

Aşıq Cavidan Məmmədzadə sazda ifa etdiyi mahnılarla qadınları təbrik edib. Şagirdlər analara həsr edilmiş şeirlər söyləyiblər. Sonda qiraət edən şagirdlərə hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 12.