Zəlimxan Yaqubun yubileyinə həsr olunmuş tədbir

 

Ağdaş rayon MKS-nin 3 saylı filialında Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə şairin həyat və yaradıcılığını əhatə edən kitab sərgisi ilə tanış olublar.

MKS-nin direktoru Seyfəddin Feyzullayev, metodikabiblioqrafiya şöbəsinin müdiri Xuraman Səmədova, baş biblioqraf Könül Musayeva, 3 saylı filial kitabxanasının müdiri Ofeliya Qədirova Xalq şairinin həyat və yaradıcılığından, ədəbiyyatımıza töhfələrindən söhbət açıblar. 5 saylı orta məktəbin şagirdləri Çiçək Qasımova, Çinarə İsmayılova, Coşqun Əhmədov şairin şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 12.