Qaxda qadınlar bayramına həsr olunmuş mərasim

 

Martın 6-da Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “El Resort” istirahət və turizm mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev qadınları təbrik edərək, onlara xoş arzularını çatdırdı. Rayon YAP qadınlar birliyinin sədri Sevil Məmmədova, 2 saylı orta məktəb-liseyin direktoru, Əməkdar müəllim Şəkər Abdullayeva, şəhid anası Sona Abdullayeva və başqaları ölkəmizdə qadınların əməyinə verilən qiymətə görə dövlət başçısına minnətdarlığını bildirdilər. Rayon Mədəniyyət evininArzu” ansamblı üzvlərinin ifasında mahnılar səsləndirildi. Sonda rayonun bir qrup fəal qadınına fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

 

Dilarə Əzizova

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 12.