Londonda Buta incəsənət festivalı davam edir

 

Xalq rəssamı Fərhad Xəlilovun əsərləri Saatchi qalereyasında təqdim olunacaq

 

Buta İncəsənət Mərkəzinin 2014-cü ilin noyabrından Londonda təşkil etdiyi Azərbaycan incəsənəti festivalının proqramında təsviri sənətə yer verilib. Martın 11-dən 23-dək festival çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri Londondakı məşhur Saatchi qalereyasında sərgilənəcək.

Buta İncəsənət Mərkəzindən bildirilib ki, festivalın əsas məqsədi Azərbaycan mədəniyyəti incəsənətini Londonda populyarlaşdırmaqdır. Əsərləri xaricdə satılan ən məhsuldar Azərbaycan rəssamlarından biri olan Fərhad Xəlilov rəngarəng üslubu ilə tanınan sənətkarlardandır. Bu, Fərhad Xəlilovun Londonda 2011-ci ildə keçirilmiş ilk fərdi sərgisindən sonra, Avropa incəsənət məkanında əsərlərinin növbəti təqdimatıdır. Sərgi xeyriyyəçi rəsm əsərləri kolleksiyaçısı Fərhad Əhmədovun sponsorluğu ilə keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 8.