İncə əbədiyyət

 

Martın 7-də Natəvan qalereyasında İncə əbədiyyət adlı sərgi açılıb. Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub.

İncə əbədiyyət layihəsi vitraj, keramika və zərgərlik sənətlərini əhatə edib. Sərgidə rəssamlar Gülnar Məmmədova, Lada Kərimova, Sevinc Yavtumova, Marina Səfərova, Yelena Lobanova, İradə Bağırova, İnqa Zemtsova və Lalə Məmmədəlizadənin əsərləri təqdim olunub.

Sərginin təşkilatçılarından biri Sevinc Yavtumova bildirib ki, tətbiqi incəsənətlə 15 ildir məşğul olur. Əvvəlcə ikebana hazırlayıb, sonra keramika boyakarlığına və zərgərlik məmulatları düzəltməyə başlayıb. Sərgi martın 13-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 5.