Özbəkistan saytında Azərbaycanın qədim çövkən oyunu haqqında məqalə

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın silkway.uz saytında “Çövkən - Azərbaycanda ənənəvi oyun” ("Çovqan - tradiüionnaə iqra v Azerbaydjane") adlı məqalə dərc olunub.

Məqalədə çövkənin Azərbaycanda qədim tarixə və ənənələrə malik milli oyun növü olduğu vurğulanır, 2013-cü ildə bu mədəni irs nümunəsinin UNESCO-nun siyahısına daxil edildiyi diqqətə çatdırılır. Bildirilir ki, qədim tarixə malik bu oyun azərbaycanlılar, özbəklər, taciklər arasında geniş yayılıb.

Müəllif qeyd edir ki, çövkən oyunun fraqmentləri Azərbaycanın qədim miniatürlərində təsvir olunub. Dahi Azərbaycan şairi, klassiki Nizami Gəncəvinin "XosrovŞirin" əsərində, həmçinin "Kitabi-Dədə Qorqud" dastanında çövkən oyunundan söz açılır.

Yazıda 2006-cı ildən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində çövkən milli atüstü oyunu üzrə “Prezident kubokuturnirinin keçirildiyiqeyd olunur. Britaniyanın "The Telegraph" qəzetində Azərbaycanın çövkən oyunundan bəhs edən material dərc edildiyi bildirilir.

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 8.