Azərbaycan teatrı yeni inkişaf mərhələsini yaşayır

 

Bu günlərdə yaranmasının 142-ci ildönümünü təntənə ilə bayram etdiyimiz peşəkar milli teatrımız zaman keçdikcə, müasir dünyanın yeni sənət proseslərinə inteqrasiya etdikcə özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bütün dünyada teatr, onun çağdaş problemləri, cəmiyyət həyatına nüfuz imkanları kimi istiqamətlər müzakirə olunduqca bir amil - teatrın cəmiyyətin aynası kimi daimi missiyası öz reallığını qoruyub saxlaya bilir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qəzetimizə müsahibəsində Azərbaycan teatrı, onun inkişafı, dövlətin bu sənət sahəsinin tərəqqisi istiqamətində apardığı məqsədyönlü siyasət, eləcə də teatr-tamaşaçı münasibəti barədə fikirlərini bölüşdü.

 

Ədalət Vəliyev: “Teatrımız öz hüdudlarından kənarda tanınmağa, sevilməyə başlayıb”

 

- Azərbaycan milli peşəkar teatrı özünün əsasını 1873-cü il martın 10-da böyük mütəfəkkir, Azərbaycan mədəniyyətində yeni bir cığır açmış, dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnəyə çıxması ilə qoymuşdur. Ötən dövr haqqında kifayət qədər danışılıb araşdırıldığından mən 2006-cı ildən sonraya nəzər salmaq istəyirəm.

Bildiyiniz kimi, 2006-cı ildə “Teatrteatr fəaliyyəti haqqında” qanun qəbul edilmişdir. Qeyd edim ki, belə bir qanun MDB məkanında ilk dəfə məhz Azərbaycanda qəbul olunub. Daha sonra dövlət başçısı 2007-ci ilin 19 fevral tarixində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncam Mədəniyyət və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin inkişafı ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə sanki açar oldu. 2009-cu ilin may ayında Prezident İlham Əliyev “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı”nı təsdiq etdi. Bu proqram dünyada, o cümlədən MDB məkanında analoqu olmayan tarixi bir sənəddir.

- Ədalət müəllim, qısa olaraq proqramın icrasına nəzər salsaq, hansı mənzərə yaranır?

- Məhz bu proqramın müvafiq bəndlərinə, orada göstərilən maddələrə uyğun olaraq elə həmin tarixdən etibarən Azərbaycan teatrı özünün yenidən qurulma və inkişafında sürətlə irəliləməyə başlayıb. Belə ki, 2006-cı ildən 2014-cü ilin sonunadək Azərbaycan teatrlarında 742 yeni və bərpa olunan tamaşaya quruluş verilib. Bu tamaşaların 164-ü dövlət büdcəsindən ayrılmış əsaslı vəsait, 578-i isə teatrların daxili imkanları hesabına ərsəyə gətirilmişdir. Respublika teatrları bu müddət ərzində 25 dəfə xarici ölkələrə qastrol səfərlərinə çıxıblar. 1920-ci ildən 1990-cı ilin may ayınadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı xaricdə qastrol səfərində yalnız 1 dəfə - 1990-cı il mayın 1-15 tarixlərində, mənim həmin teatrda sərəncamçı direktor işlədiyim zaman Türkiyədə olub. Gəlin, bir də 2009-cu ildən sonrakı rəqəmə nəzər salaq. 25 xarici ölkədə - ABŞ, Hindistan, Gürcüstan, Serbiya, İsveç, Türkiyə, İran, Estoniya, Misir, Şri Lanka, Mərakeş, Polşa, BƏƏ, İtaliya kimi teatr sənətinə bələd, min illərlə teatrı olan Avropadan ərəb ölkələrinədək səfərdə olan teatrlarımız mədəniyyətimizi layiqincə təmsil edə bildilər. Dövlət Proqramına uyğun olaraq möhtərəm Prezidentimizin imzaladığı sərəncamlar əsasında Dövlət Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Mingəçevir Dram, Kukla, Musiqili, Ağdam, Füzuli və Şəki teatrları dünya standartları səviyyəsində əsaslı şəkildə təmir-bərpa olunaraq dünyanın ən son teatr texnologiyaları ilə təchiz edildi. Bu gün adını çəkdiyim teatrlarda ən mürəkkəb quruluşlu tamaşalara səhnə həyatı vermək üçün lazım olan bütün mexanizmlər tətbiq olunub.

Hazırda Akademik OperaBalet, eləcə də Şuşa və İrəvan teatrlarının binalarının əsaslı təmirə dayandırılması istiqamətində layihə-smeta sənədləri hazırlanır. Uzun illər binasızlıq şəraitində fəaliyyət göstərən Sumqayıt Dövlət Musiqili Dram Teatrı ölkə başçısının sərəncamı əsasında müstəqil bina ilə təmin olundu. Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonunda Ermənistandan azərbaycanlıların zorla deportasiyası nəticəsində İrəvanda 1875-ci ildən fəaliyyətə başlamış - ermənilərin özünün teatrından belə öncə təşəkkül tapmış İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqınlıq həyatı yaşadı. Ardınca Şuşa, AğdamFüzuli teatrları da bu taleyə məhkum oldular. Onların heç birinin binaları yox idi və truppaların fəaliyyəti üçün imkanları məhdud idi. İrəvan və Şuşa teatrlarına Bakıda hüquqi ünvan verildi. AğdamFüzuli teatrlarına müvafiq rayonlarda binalar ayrıldı, fəaliyyət imkanları genişləndirildi.

Bundan başqa, 15 teatrın səhnə geyimləri, qrim ləvazimatları və nəqliyyat vasitələri ilə təminatınadək bütün cari məsələlərinin həlli istiqamətində işlər aparıldı. Bu, digər teatrlara da şamil olunacaq. Biz bölgələrdə, o cümlədən Bakıda tamaşaçıların teatrların cari repertuarı ilə yaxından tanış olmaq, məlumatlanmaq imkanlarını genişləndirmək üçün onların saytlarının yaradılması, eləcə də teatr tumbaları ilə təminatına nail olduq. Onu da deyim ki, bu tumbaların sayının artırılması, proqramın müddəti bitənədək 200-ə çatacaq.

- Teatrların yaradıcı potensialı da daim diqqət mərkəzindədir. Bu sahədə nə kimi işlər görülüb?

- Proqrama müvafiq olaraq respublika teatrlarına yerli kadrların, istedadlı gənclərin davamlı axınını təmin etmək məqsədilə 13 teatrda teatr studiyası yaratdıq. Spesifik teatrların yeni kadrlarla təminatı, xüsusən bölgə teatrlarının aktyorlarla təminatı üçün bu studiyaların yaradılması vacib idi və layihə artıq öz bəhrəsini verməkdədir.

- Ötən müddət ərzində Azərbaycan teatrının xaricdə tanıdılması istiqamətində hansı layihələr həyata keçirilib?

- Azərbaycan teatrı 2010-cu ilədək heç bir beynəlxalq qurumun üzvü deyildi. Lakin 2010-2014-cü illərdə Azərbaycan teatr tarixində ilk dəfə olaraq ölkəmizdə I, II və III Bakı Beynəlxalq Teatr konfransları keçirilib. Sonuncu - III Bakı Beynəlxalq Teatr Konfransında 49 ölkədən 150-yə yaxın dünya çapında tanınan çox məşhur sənət xadimləri iştirak edirdi. Onlar ölkəmizdə olarkən bir daha bizim ölkə rəhbərinin incəsənətə, teatra göstərdiyi diqqət və qayğının şahidi oldular. Qürurverici faktdır ki, Bakıda Beynəlxalq Kukla Teatrı Festivalı da keçirilməyə başlayıb. 2011-2013-cü illərdə uğurla reallaşan bu teatr bayramı 2015-ci il 5-9 noyabr tarixində yenidən dünyanın kukla teatrı mütəxəssis və həvəskarlarını paytaxtımıza toplayacaq. Bu kimi tədbirlər həm də əlamətdar hadisələrlə tarixə çevrilir. Məsələn, ötən il 10-19 sentyabr tarixlərində I Şəki Beynəlxalq Teatr Festivalı gerçəkləşdi. Bu zaman korifey sənətkarımız Lütfəli Abdullayevə həsr edilmiş yubiley tədbirləri mərasimə yeni ahəng verdi, unudulmaz sənətkarın büstünün açılışı oldu. Uğurlu layihələr sırasında Teatr Xadimləri İttifaqının dəstəyi ilə Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşan rejissor laboratoriyasının dərslərini də qeyd etmək istərdim. Bundan başqa, “Yeni Teatrrespublika festivalları da 2007, 2009 və 2011-ci illərdə böyük uğurla həyata keçirildi. Bütün bunlar bir neçə il əvvəl heç təsəvvür belə etmədiyimiz məqamlardır ki, biz onların gerçəkləşdiyinin şahidi oluruq.

- Azərbaycan teatrları bir sıra beynəlxalq qurumlara üzv olub. Bu, milli teatrımızın inkişafına və dünya teatr məkanına inteqrasiyasına nə verir?

- Teatrımızın tanıtımı nöqteyi-nəzərindən Mədəniyyət və Turizm Nazirliyinin son illərdə gördüyü ardıcıl işlər sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq da prioritetlərdən idibu sistemli öz bəhrəsini verdi. Belə ki, artıq Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-in üzvüdürqurumun iki toplantısı ölkəmizdə keçirilib. Eləcə də Dövlət Kukla Teatrı UNİMA-nın üzvüdürqurumun yerli bölməsi də yaradılıb. Musiqili Teatr da Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv seçilmişdironun ilk konqresi keçirilmişdir. Azərbaycan Beynəlxalq Teatr İnstitutunda da təmsil olunur. Azərbaycan teatrı Edinburq festivalı ilə əməkdaşlıq etməyə hazırlaşır. Teatrımız öz hüdudlarından kənarda tanınmağa, sevilməyə başlayıb. Bu gün çağdaş yazıçı, müasir dramaturgiyamızın nümayəndələrindən olan Xalq yazıçısı ElçininTeleskop” əsəri - Azərbaycanda uğurlu səhnə həyatı yaşayan yaradıcılıq məhsulu London kimi məşhur sənət şəhərində böyük uğurla səhnəyə qoyulur. Bu da milli teatrımızın uğurlarındandır. Bundan başqa azərbaycanlı rejissorlar dünyanın müxtəlif ölkələrində tamaşalara quruluşlar verirlər. Eləcə də xarici ölkələrdən Azərbaycana dəvət olunmuş rejissorlar, rəssamlar və digər sənət xadimlərinin sayı son illər 30-u adlayıb.

- Xaricdən mütəxəssislərin dəvət olunması bəzən birmənalı qarşılanmır...

- Dünya mədəniyyətinə inteqrasiya olmadan, dünyanın qabaqcıl teatrlarının nümunələri ilə tanış olmadan, onları öz teatrımızda tətbiq etmədən, ümumilikdə fərqli və yaxşı təcrübədən istifadə etmədən biz inkişaf haqqında söhbət edə bilmərik. Necə ki, xaricdən dəvət olunub bizim tamaşalara quruluş verib, ustad dərsləri keçirlər, eləcə də Azərbaycandan, bizim teatr məktəbindən, onun ayrı-ayrı təmsilçilərindən də nələrisə öyrənib əxz edirlər. Onu da deyim ki, bizim istedadlı gənclər də xarici ölkələrdə ixtisasartırma, ustad dərslərinin iştirakçısı olaraq əldə etdikləri bilgilərlə yetkin bir formada teatrlarımızda fəaliyyət göstərirlər.

- Dövlət Proqramında bir bənd də teatrın təbliğatı işini əhatə edir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan teatr tarixi ilə bağlı 30-dan çox fundamental elmi tədqiqat əsəri çap olunub. Teatr sənəti ilə məşğul olan hörmətli qələm sahiblərinin, teatrşünasların, sənətşünas alimlərin monoqrafiyaları oxucuların, teatr sahəsi ilə maraqlanan insanların ixtiyarına verilib. Teatr tariximizdə ilk dəfə olaraq 2 cildlik “Azərbaycan Teatr Antologiyası” nəşr edilib, 3 cildlikTeatr Ensiklopediyası” hazırlanır. “Azərbaycan teatrı: dünən, bu gün, sabah” adlı portal, İlyas Əfəndiyevin, Şəmsi Bədəlbəylinin, Kukla Teatrının, Beynəlxalq Kukla Teatr Festivalının, Beynəlxalq Teatr Konfransının veb-saytları yaradılıb. Dünyanın istənilən ölkəsində insanlar bu saytlar vasitəsilə Azərbaycan teatrı, mədəniyyəti və incəsənəti ilə tanış olurlar. Bütün bunlar milli teatrımızın tanıtımına, dünyanın müxtəlif ölkələrində təbliğ olunmasına xidmət edən ciddi amillərdir.

- Bir neçə kəlmə də teatrların yaradıcı potensialı barədə fikirlərinizi deyərdiniz.

- Dövlətin qayğısı sırasında teatrlarda çalışan insanların əməyinə verilən diqqəti xüsusi qeyd etmək istərdim. Bizim 26 dövlət teatrının yaradıcı əməkdaşlarının sayı təxminən 1700, texniki işçilərinin sayı isə 1400 nəfərə yaxındır. 2006-cı ildən etibarən hər il Prezidentin sərəncamı ilə 130 nəfər mükafat alır. 660 nəfər fəxri adlarla təltif olunub, 77 nəfər Prezident təqaüdü alır. Son 10 il ərzində teatr, mədəniyyət və incəsənət sahəsində çalışan xeyli sayda insanın mənzil və məişət şəraiti yaxşılaşdırılıb, sağlamlıq, müalicə problemləri ilə bağlı onlara kömək göstərilib. 60 yaşdan yuxarı teatr sənətkarlarının hamısının yubileyi keçirilir. Bütün bunların reallaşmasında ölkə başçısı ilə yanaşı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da müstəsna rolu var. Azərbaycanın birinci xanımı milli teatrın inkişafına və ayrı-ayrı fərdlərin qayğısına qalmaqla, onlara etdiyi xeyirxahlıqlarla dünyaya nümunə göstərir.

- Teatr və tamaşaçı münasibətlərindən danışıldıqda hansı məqamlar üzə çıxır?

- Mədəniyyət və Turizm Nazirliyi olaraq biz bu gün Azərbaycan teatrı və tamaşaçı münasibətlərini də diqqətdə saxlayırıq. Faktlar və rəqəmlər də göstərir ki, bu gün tamaşaçıların teatra axını müşayiət olunur. Təbii ki, bütün tamaşalar hadisə və yeni tamaşaların hamısı da uğurlu ola bilməz. Çünki bu sinkretik, canlı sənətdir. İnsanların gündəlik əhvalı da bəzən bu tamaşaların buya digər aspektdən uğuruna təsir etmək əzmindədir. Teatrların tamaşaçı salonu da hər gün dolu ola bilməz. Hələ sovetlər dövründə gündəlik tamaşaçı nisbəti 65-75 faiz arasında götürülürdübu son rəqəm pik nöqtə hesab olunurdu. Baxmayaraq ki, həmin dövrdə teatrlara biletlər məcburi yayımla reallaşırdı. Bu gün isə heç bir məcburi, təşkili qaydada yox, sadəcə mərkəzləşmiş kassalardan insanların könüllü olaraq bilet alması ilə tamaşaçı sayı öz real mənzərəsini yaradır. Artıq insanlar gündəlik teatra gəlmək vərdişinə yiyələniblər. Orta faiz göstəricisi 70-dən yuxarıdırsa, deməli, bu çox yüksək göstəricidir ki, son hesabatlar da bu mənzərəni yaratdı.

Teatr-tamaşaçı məsələsindən danışarkən bir məqamı təəssüflə vurğulamalıyam ki, Azərbaycan ziyalısı sanki teatrdan küsüb, üz çevirib. Doğrudur, bəzi dövlət məmurları, tanınmış ictimai xadimlər tamaşalara kollektiv şəkildə gedirlər, amma ümumilikdə ziyalılarımız özlərini teatra getmək vərdişindən məhrum ediblər. Odur ki, teatra münasibətdəki tənqidi istiqamətlərdə bu nüansların da nəzərə alınmasını gözləyirik. Azərbaycan teatrının nailiyyətlərinə sevinc, sevgi ilə baxmaq lazımdır.

- Bu gün dünya teatr prosesində də sanki bir durğunluq, əslində, bizdə qabardılmağa çalışılan problemlərdən daha dərin problemlər var...

- Ötən ilin noyabrında Bakıda keçirilən 3-cü Beynəlxalq Teatr Konfransında çıxış edənlərin əksəriyyəti ölkələrində olan teatr böhranı, dövlətin teatrlara maliyyə yardımını kəsərək onları özü-özünü maliyyələşdirmə sisteminə keçirməsi və beləcə teatrlarda qlobal problemlərin yaşandığını qeyd etdilər. Amma bizdə nəinki teatrlar bağlanmadı, əksinə, bəzi studiya kimi fəaliyyət göstərən teatrlara da dövlət statusu verildi. Yəni dövlətin ən çətin məqamlarında da teatra münasibətində diqqət və qayğı prioritet olub.

- Multikulturalizm və Azərbaycan teatrı. Bu mövzu bu gün çox aktualdır...

- Ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə Bakı Multikulturalizm Mərkəzi yaradılıb. Bizim teatrlar multikultural dəyərlər sistemində çoxdan yeri olan, bu işə xidmət edən və bu sahənin mərkəzində dayanan ocaqdır. Adi bir misal deyim. Azərbaycanda 80 ildən çoxdur ki, rus dilində teatr fəaliyyət göstərir. Kukla Teatrında iki dildə - Azərbaycan və rus dillərində tamaşalar hazırlanır. Şimal bölgəmiz olan Qusarda çoxdandır ki, ləzgi dilində teatr fəaliyyətdədir, Qaxda Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Göründüyü kimi, ölkəmizdə multikultural dəyərlərlə yaşamaq bizim tarixi bir zənginliyimizdir və bu gündavam edir.

 

Söhbəti yazdı: Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 6-7.