Gizli məna”

 

Çinli rəssam öz əsərini Milli İncəsənət Muzeyinə hədiyyə edib

 

Martın 12-də məşhur çinli rəssam Vanq Hai QinqinGizli məna” adlı əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olundu.

 

Bununla əlaqədar keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynovamuzeyin əməkdaşları iştirak edirdilər.

Muzeyin direktoru Çingiz Fərzəliyev qonağı salamlayaraq muzeyə hədiyyə edilən əsərə görə ona təşəkkürünü bildirdi. Çinin zəngin mədəniyyətə sahib böyük ölkə olduğunu qeyd edən direktor bu ölkənin rəssamları ilə yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı.

Öz növbəsində çinli rəssam Vanq Hai Qinq Azərbaycana səfər etməsindən, ölkəmizin mədəniyyəti ilə tanış olmasından məmnunluğunu bildirdi: “Mən əvvəllər Azərbaycanla tanış deyildim. Amma bu ölkə ilə, Bakı şəhəri ilə tanış olandan sonra Azərbaycanın necə böyük mədəniyyətə sahib olduğunu gördüm. Bakı mənim anadan olduğum şəhərə çox bənzəyir. Hər iki şəhər dəniz sahilində yerləşir. Mənim yaşadığım şəhər Sarı dənizin sahilindədir. Burda özümü öz doğma şəhərimdəki kimi hiss edirəm”.

Qonaq qeyd etdi ki, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi üçün əlimizdən gələni etməliyik.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 4.