Milli Qəhrəmanlara həsr olunmuş tədbir

 

Martın 12-də Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzində “Şirvanın Milli Qəhrəmanları” mövzusunda tədbir keçirilib. Tədbirdə 10 və 14 saylı şəhər orta məktəblərinin şagird və müəllimləri iştirak ediblər. Şirvanlı Milli Qəhrəmanlar Rafael Həbibov, Nofəl QuliyevTahir Bağırov haqqında məruzə və çıxışlar dinlənilib. Milli Qəhrəman Rafael Həbibovun adını daşıyan 14 nömrəli orta məktəbin şagirdləri qəhrəmanlara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Mərkəzin direktoru vəzifəsini icra edən Aynur Fərzəliyeva tədbirə yekun vuraraq öz fəaliyyətlərində gənclərin vətənpərvərlik tərbiyəsinin mühüm yer tutduğunu diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 4.