Etüd” və “Bədii qiraət” müsabiqəsinə yekun vurulub

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında “Etüd” və “Bədii qiraət” müsabiqələrinin yekun tədbiri keçirilib. Layihə rəhbəri, dosent, Əməkdar artist Vidadi Həsənov çıxış edərək münsiflər heyətinə təşəkkürünü bildirib. Universitetin rektoru, professor Fərəh Əliyeva qalibləri təbrik edib. Tədbirdə hər iki müsabiqədə 1-3-cü yerlərin sahiblərinə diplommükafatlar təqdim edilib. Qalib gələn etüdlər nümayiş olunub, tələbələrin iştirakı ilə maraqlı rəqslər və musiqi nümunələri ifa edilib.

 

Mədəniyyət.- 2015.- 18 mart.- S. 4.