Bir-birimizi duyaq dinləyək

 

Azərbaycan-Moldova mədəni əlaqələri müzakirə olunub

 

Moldovanın paytaxtı Kişineu şəhərində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ilə Moldovanın mədəniyyət turizm naziri Monika Babuk arasında görüş keçirilib. Görüş iki ölkənin UNESCO üzrə milli komissiyaları tərəfindən həyata keçirilən Bir-birimizi duyaq dinləyək layihəsi çərçivəsində reallaşıb. Layihə çərçivəsində Azərbaycan nağılları moldovalı uşaqların gözü ilə kitabı çap olunub.

Görüşdə Azərbaycan ilə Moldova arasındakı mövcud əlaqələrin inkişafı, xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir M.Babuk layihəyə dəstək verdiyi üçün Azərbaycan tərəfinə təşəkkür edib, ötən illərdə iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkil olunmasını yüksək qiymətləndirib. Nazir bu ilin mayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda məmnuniyyətlə iştirak edəcəyini deyib.

Günay Əfəndiyeva ölkəmizin müxtəlif sahələrdə inkişafından, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən bir sıra irimiqyaslı beynəlxalq layihələrdən söz açıb. Görüşdə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev iştirak edib.

 

Mədəniyyət.- 2015.- 16 mart.- S. 3.