Tanınmış fotojurnalist beynəlxalq müsabiqənin qalibi olub

 

Dəfələrlə müxtəlif fotomüsabiqələrin mükafatçısı olmuş tanınmış fotojurnalist, AZƏRTAC-ın əməkdaşı İlqar Cəfərov “DONEGAL 2015” I beynəlxalq fotoqrafiya salonunun qızıl medalına layiq görülüb. Fotosalon Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) himayəsi ilə keçirilib. Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 215 fotoqrafın işi təqdim olunub. İran, Avstriya və Macarıstandan olan peşəkar fotoqraffotoredaktorlardan ibarət münsiflər heyəti çoxsaylı işlər arasından fotosalonun final mərhələsi üçün 27 ölkədən 69 müəllifin 105 işini seçib. İ.Cəfərovun “Təmizlik işləri” (“Cleaning”) fotoşəkli qızıl medala layiq görülüb. Qeyd edək ki, foto 2012-ci ildə “Fairmont Baku” hotelinin ərazisində çəkilib.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 15.