Oğuz abidələri”nin təqdimatı

 

Martın 16-da Oğuz rayon MKS-nin oxu zalında yazıçı, araşdırmaçı Y.RzayevinOğuz abidələri” kitabının təqdimatı keçirildi. Tədbiri Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova açaraq Y.RzayevinOğuz abidələri” kitabının oğuzlulara, eləcə də rayondakı abidələr haqqında məlumat almaq istəyən hər bir oxucuya dəyərli töhfə olduğunu bildirdi.

Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Ə.Bəkirov, “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli, Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin Oğuz rayon təşkilatının sədri T.Mustafayev, digər çıxış edənlər rayonun tarixi abidələrinin araşdırılaraq kitab şəklində təqdim olunmasının təqdirəlayiq hadisə olduğunu qeyd etdilər, müəllifə yaradıcılıq uğurları arzuladılar. MKS-nin uşaq şöbəsinin müdiri K.Cəfərova yeni nəşrin gənclər, eləcə də rayona gələn turistlər üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

 

M.Bəkirova,

Oğuz rayon MKS-nin informasiyaresurs şöbəsinin müdiri

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 11.