Milləti millət edən duyğu birlikləridir

 

Ömər Çelik: Millətin yaşaması üçün bu duyğusallığın, sevginin mədəniyyət incəsənət əsərlərindən keçməsi lazımdır

 

Xəbər verdiyimiz kimi, bu yaxınlarda TÜRKSOY təşkilatının dəvəti ilə türkdilli ölkə diyarların bir qrup media təmsilçisi ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə elan olunan xatirə ilinin açılış mərasimində iştirak etmək üçün Ankarada səfərdə olmuşdu. Mərasimdə Türkiyənin mədəniyyət turizm naziri Ömər Çelik iştirak edirdi. Fürsətdən istifadə edib onun türk xalqlarının mədəni əməkdaşlığı, eləcə türk teatr sənəti barədə fikirlərini öyrəndik.

 

Zaman-zaman tarix səhnəsinə müxtəlif türk dövlətlərinin gəldiyini, ayrı-ayrı dövrlərdə onların sayının artıb-azaldığını deyən nazir bu tarix boyunca ortaq mədəni irsimizin heç vaxt əskilmədiyini, daim zənginləşdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, bu gün TÜRKSOY təşkilatının timsalında bu mədəni zənginliyin, ortaq irsimizin dünyaya tanıdılmasının şahidiyik: Tarix boyunca türk dövlətlərinin sayı dəyişə bilər, amma bizi bağlayan ortaq mədəniyyət vahiddir. Daha doğrusu, əslində, TÜRKSOY dövlətlərini quran xalqların arasındakı ortaq yazılı, ortaq duyğulu, tarixiliyi, sevgiləri yaşadan mədəniyyəti yeniləyərək müxtəlif ölkələrdəki soydaşlarımıza çatdırılmasında öncül strateji rolu üzərinə götürür. Bu səbəbdən 2015-ci ilin türk teatr sənətinin, dramaturgiyasının öncül isimlərindən olan Haldun Tanerin xatirəsinə həsr edilməsi bizim nəzərimizdə çox qiymətlidir. Haldun Tanerin teatr tamaşalarına baxdıqca, elə bil ki, Anadolunun içindəki bir sıra insanları gördük, bir sıra mesajlar eşitdik. O deyirdi ki, biz həm qərbli, həm şərqliyik bununla qurur duyuruq. Bu sintezin son dərəcə təbii biçimdə öz həyatımızda yaşatmağın mümkünlüyünü açıqlayırdı.

Ömər Çelik mədəni inkişafda teatrın əhəmiyyətini, onun hər zaman güclü amil olduğunu vurğuladı: Teatr bu gün bizim populyar mədəni həyatımızı təsirləndirən bir sıra sənətlər ortaya çıxmazdan öncə çox uzun illər mövcud olub. Teatrla rəqabət aparan bir sıra sənət sahələri ortaya çıxdı. Amma teatr yenə ayaqda qaldı. Bu da teatrla tamaşaçılar arasındakı daxili təmas, məsafəsizliklə bağlıdır. Bunun mexaniki-formal anlamda deyil, məzmun baxımından da çox böyük önəmi var. O zaman məzmun baxımından məsafəsizlik nədir? Əgər öz teatrınızı yarada bilsəniz, küçədəki ziddiyyətlərə, acıya, drama toxuna bilsəniz, o zaman öz ölkənizdə hər şeyə rəğmən bütün bu məşəqqətlərə qalib gələcək şəkildə yaşada bilərsiniz. Bu baxımdan Haldun Tanerin əsərləri ilə küçədəki ziddiyyətlərə toxunmaq, həyatın, küçənin acısını, dramını yumorunu tamaşaçının qarşısına gətirmək türk teatrı üçün inanılmaz bir güc qaynağı olub. O, dəyərli əsərləri ilə bizə çox gözəl mesajlar verir. Faktiki olaraq əsas olan budur ki, mədəniyyət incəsənət adamları dövlət siyasət adamlarına deyil, əksinə, onlar mədəniyyət incəsənət xadimlərinə minnətdardır. Çünki onlar bizim mədəniyyətimizi tarixi dərinliklərdən gələn tarixi, mədəni birliyimizi bu günə kimi əks etdirir bu gündən gələcəyə aparmaq üçün əsərləri ortaya qoyurlar. Bu səbəbdən nazir olaraq mədəniyyət incəsənət adamlarımıza minnətdarlığımı çatdırıram. Bu məqamın üzərində dayanmaq lazımdır. Tarix içərisində addımlayarkən milləti millət edən duyğu birlikləridir. Milləti millət edən o millətin ən ucqardakı insanı ilə böyük şəhərdəki insanı arasında bağı qura bilməkdir. Bu səbəbdən həqiqətən millətin millət olaraq yaşaya bilməsi üçün bu duyğusallığın, sevginin mədəniyyət incəsənət adamlarının yaratdığı bu əsərlər üzərindən keçməsi öz inkişafımız üçün lazımdır.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 6.