Novruz - baharın səsi

 

Martın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi və DA-ART təsviri incəsənət mərkəzinin birgə təşkilatçılığı ilə Baharın səsi adlı tədbir keçirildi.

 

Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova açaraq bildirdi ki, Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökləri ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.

Xalq rəssamı Arif Hüseynov qeyd etdi ki, Novruz həm də xalqımızın təbiətə bağlılığından irəli gələn və ona duyulan sevgidən təşəkkül tapan ulu bir bayramdır. Millətimizin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş yaz bayramının hər gəlişi böyük coşqu ilə qarşılanıb.

DA-ART təsviri incəsənət mərkəzinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyeva, İçərişəhər Tarixi Muzeyinin baş mütəxəssisi Fidan Seyidova çıxış edərək Novruz bayramından və milli adət-ənənələrimizdən söhbət açdılar.

Çıxışlardan sonra Bakı Uşaq Teatrı Günay uşaq studiyasının üzvləri Üzeyir Hacıbəylinin Arşın mal alan operettasından parçalarmilli rəqslərimizi ifa etdilər. Azərbaycan TeleviziyaRadio Verilişləri QSC-nin Əhsən Dadaşov adına Xatirə xalq çalğı alətləri ansamblı və solistlərinin ifasında Ü.Hacıbəylinin T.Quliyevin və R.Hacıyevin mahnıları səsləndirildi. Tədbir çərçivəsində muzeyin foyesində gənc rəssamların 16 batika, 20 kukla və 105 rəsm əsəri nümayiş olunurdu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 4.