Elektron kitab mübadiləsi müzakirə olunub

 

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze direktor müavini Levan Taktakişvili martın 17-də Azərbaycan Milli Kitabxanasında olublar.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara kitabxana barədə məlumat verib. Öz növbəsində Georgi Kekelidze Gürcüstan Milli Parlament Kitabxanasındakı yeniliklərdən danışıb. Bildirib ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir.

Görüşdə Azərbaycan Milli Kitabxanası Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış əməkdaşlıq memorandumunun şərtlərinə müvafiq olaraq elektron kitab mübadiləsinin həyata keçirilməsi müzakirə olunub.

Memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi üçün müqavilə hazırlanması və Tbilisidə imzalanması qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 4.