“Ömrümün əvəzsiz vəfadarı”

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təcrübəli pedaqoq, şairə Nəbibə Səfərovanın “Ömrümün əvəzsiz vəfadarı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri kitabxananın direktoru Tahir Sadıqov açaraq müəllifin yaradıcılığından danışıb. Qeyd edib ki, “Ömrümün əvəzsiz vəfadarı” kitabında müəllifin ayrı-ayrı illərdə yazdığı vətənpərvər ruhlu şeirləri ilə yanaşı, uşaq şeirləri, eləcə də məhəbbət mövzulu qəzəlləri toplanıb. Kitabın ön söz müəllifi və məsləhətçisi, ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev, “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin sədr müavini Cavanşir Cahangirov və digər çıxış edənlər şairənin əsərlərinin məziyyətlərindən bəhs ediblər.

182 saylı məktəbin şagirdləri Nəbibə Səfərovanın şeirlərindən ibarət kompozisiya ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 15.