“Beynəlxalq rəqs günü” ilə bağlı konsert

Aprelin 29-da S.Vurğun adına Qax rayon Mədəniyyət evində “Beynəlxalq rəqs günü” ilə bağlı konsert təşkil olunub. Əvvəlcə səhnəyə rayonun uşaq bağçaları, körpələr evlərinin balaca fidanları çıxaraq tədbirə xüsusi ahəng qatıblar. Sonra uşaq incəsənət məktəbinin xoreoqrafiya şöbəsinin şagirdləri şux, zərif rəqsləri ilə səhnəni paylaşıblar.

Qum, Qaxbaş, Qaxingiloy, Əlibəyli kənd mədəniyyət evlərinin, Alatəmir kənd klubunun rəqs kollektivləri tərəfindən Azərbaycanın milli xalq rəqsləri və dünya xalqlarının rəqs nümunələri məharətlə ifa olunub.

Tədbirdə mədəni sərvətimiz olan rəqslərimizin tarixindən, bu gözəl sənətin sehrindən də söhbət açılıb.

 

Mədəniyyət.- 2015.- 1 may.-S. 12.