Görkəmli oftalmoloq, dəyərli insan

Aprelin 28-də Goranboy rayon MKS-nin oxu zalında görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə “Əbədiyyətə qovuşan ömürmövzusunda dəyirmi masa keçirilib.

Tədbiri MKS-nin direktoru Gülnarə Nəsibova açaraq alimin həyat və fəaliyyəti haqqında məlumat verib. Xidmət şöbəsinin əməkdaşı Rəxşəndə Xəlilova “Əbədiyyətə qovuşan ömür” başlıqlı məruzə ilə çıxış edib. 1 saylı şəhər klubunun müdiri Nazilə Kazımova, MKS-nin baş biblioqrafı Nəzakət Talıbova, oxu zalının müdiri Sevda Əliyeva, rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı İlqar Əsgərov, MKS-nin metodikabiblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova və başqaları çıxış edərək Zərifə xanımın humanizm rəmzi kimi həmişə qəlblərdə yaşayacağını bildiriblər.

Tədbirin sonunda iştirakçılar “Zərifə Əliyeva-92” başlıqlı sərgi ilə tanış olublar.

* * *

Aprelin 27-də Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Şöbənin məsləhətçisi Aynur İsmayılova tədbiri açaraq Zərifə xanım Əliyevanın həyat yolundan danışıb, onun Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verdiyini bildirib. Sabirabad rayon Güdəcühür kənd mədəniyyət evinin direktoru Mahir Əbilov, Moranlı kənd mədəniyyət evinin direktoru Elxan Ələkbərov, Bulduq kənd klubunun müdiri Zəkiyyə Kərimova və başqaları da çıxışlarında akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolu barədə fikirlərini bölüşüblər.

Sonda görkəmli alim haqqında sənədli film nümayiş olunub.

* * *

Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı “İki ömür, bir dünya” adlı dəyirmi masa keçirilib.

Oxu zalının müdiri Leyla İskəndərli Zərifə xanımın tibb sahəsinə töhfələrindən söz açıb. MKS-nin əməkdaşları Cəmalə Feyzullayeva, Samirə Yəhyayeva, uşaq şöbəsinin əməkdaşı Aysel Adilqızı, metodikabiblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, 36 saylı kitabxana filialının müdiri Xanım Abışova görkəmli alimin həyatı, tibb sahəsində uğurları haqqında danışıblar.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 11.