Zaqatalada özfəaliyyət rəqs kollektivlərinin baxış-müsabiqəsi

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 29 aprel - “Beynəlxalq rəqs günü” münasibətilə Mədəniyyət evində özfəaliyyət rəqs kollektivlərinin baxış-müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq, mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq, yeni rəqs kollektivlərinin yaradılmasını təmin etmək, onların ifaçılıq səviyyəsini gücləndirməkdir. Müsabiqədə rayon Mədəniyyət evinin, Beretbinə, Kəpənəkçi, Qandax, Əlibayramlı, Höytala, Yuxarı Tala, Uzunqazmalar, Car, Göyəm, Əliabad, Qımır, Çobankol, Suvagil, Yengiyan, Mazıx, Uzun Tala kənd mədəniyyət evi və klublarının özfəaliyyət rəqs kollektivləri iştirak ediblər. Münsiflər heyətinin qərarı ilə qaliblərə mükafat və diplomlar təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 8.