Kukla teatrında Çəkməli pişik

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın hazırlıqlarına start verilib. Uşaqların sevimli məkanında bu dəfə dünya ədəbiyyatı klassikasından məşhur nümunəyə - Şarl Perronun Çəkməli pişik nağılına müraciət edilib.

Əsər fərqli yozum və səhnələşdirmə ilə teatrsevərlərin ixtiyarına veriləcək. Teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə nümunəni müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini deyib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatzadə, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 4.