Təbiətin
dosta ehtiyacı var
Mayın 2-də Qax şəhərindəki
Heydər Əliyev Mərkəzinin təşəbbüsü,
Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı
ilə məktəblilərin “Təbiətin dosta ehtiyacı
var” adlı yürüşü keçirilib.
Yürüşdə məqsəd yol kənarlarından məişət
tullantılarının təmizlənməsi, iştirakçılara
sağlam mühitin vacibliyini aşılamaqdır. Tədbirə
şəhərin beş məktəbinin 100-dək şagirdi
qatılıb.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 12.