Musiqili Teatrın baş xormeysteri mükafatlandırılıb

Azərbaycan Dövlət Musiqili Teatrının baş xormeysteri Vaqif Məstanov musiqi sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 ili münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Vaqif Teyyub oğlu Məstanov 9 may 1955-ci ildə anadan olub. 1974-cü ildə A.Zeynalov adına Musiqi Texnikumunun skripka sinfini bitirib. 1978-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijoru fakültəsinə daxil olub. Konservatoriyada təhsil aldığı vaxtlarda müxtəlif xor kollektivlərində fəaliyyət göstərib. 1966-1980-ci illərdə Respublika Müəllimlər Evinin müəllim xoruna rəhbərlik edib. 1990-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş xormeyster kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi müddətdə «Beş manatlıq gəlin» (S.Rüstəmov və M.S.Ordubadi), «Məsmə xala dayımdır» (R.Mustafayev, C.Məmmədov), «Qırmızı papaq» (E.Sabitoğlu, Y.Şvarts), «50 yaşında cavan» (Z.Hacıbəyov), «Özümüz bilərik» (S.Ələsgərov, Ş.Qurbanov), «Qızıl toy» (O.Kazımi, R.Heydər) və bir çox başqa tamaşaların xormeysteri olub.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 7