Lənkəranda tətbiqi sənət və rəsm sərgiləri

 

Mayın 5-də Lənkəran Dövlət Rəsm Qalereyasında və uşaq rəssamlıq məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə sərgilər təşkil edilib. Qalereyada təşkil olunmuş sərgidə tətbiqi sənət işləri ilə yanaşı müxtəlif janrlarda hazırlanmış rəsmlər nümayiş olunub. Uşaq rəssamlıq məktəbində hər iki əlamətdar ildönümü ilə bağlı uşaqların əl işləri sərgilənib.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 15.